MÜHAFİZƏXİDMƏTİ

Xüsusi təlim keçmiş mühafizə əməkdaşı orta və böyük həcmli müəssisələrin,beynəlxalq təşkilatların və diplomatik missiyaların tələblərinə uyğun xidmətlər həyata keçirir ki, bu xidmətlər müştərilər haqda bilgilərə və onlarla yaxın münasibətdə olmağı tələb edir.

Müştərilərimizin qlobal şəkildə artan ümidlərini doğrultmaq üçün SİR Qrup mühafizə xidməti MMC, mühafizə sahəsində beynəlxalq təşkilatların konkret tələblərinə uyğun gələn təhlükəsizliyin həlli yollarını təklif edir.

İCRAÇIMÜDAFİƏÇİ

Xüsusi təlim keçmiş mühafizə əməkdaşı təhlükəyə məruz qalmış bir insanı müdafiə edir. Əgər bir şəxs təhlükəyə məruz qalıbsa, yaxud da ona daha çox daimi risk təsiri varsa, onda biz xüsusi təlim keçmiş mühafizə əməkdaşlarımızın vasitəsilə şəxsi mühafizə təklif edə bilirik. Bu mühafizə əməkdaşları aşağı və yüksək səviyyədə fəaliyyətlərini qoruyur və əmin edirlər ki, insanlar bu məsələdə öz gündəlik həyatlarını mümkün qədər az maneələrlə davam etdirə bilərlər. Bu iş həmişə hüquq mühafizə orqanları və başqa hökumət orqanları ilə sıx əməkdaşlıqla həyata keçirilir.

SƏTƏMXİDMƏTLƏRİ

Mühafizə xidmətilə yanaşı, bizim təhlükəsizlik xidməti əməkdaşları əlavə olaraq müxtəlif təhlükəsizlik texnikası xidmətlərini yerinə yetirirlər, halbuki bizim təhlükəsizlik texnikası xidmətlərimizə ilkin yanğından mühafizə və tibbi yardım kateqoriyaları daxildir:



Təxliyyə yardımı

İş yerinin təhlükəsizlik texnikası

Təhlükəsizlik texnikası konsultasiyası

Yanğından mühafizə təlimləri

Təhlükəsizlik texnikası təftişilə uyğunluq

Fövgalədə planlaşdırma

Böhrandan çıxış

Təxliyyə təlimləri

ZƏNG ET ÇAĞIR XİDMƏTLƏRİ
ÇAĞIRIŞA CAVAB XİDMƏTLƏRİ

Həyəcan siqnalına cavab verən əməkdaşa məntəqədə yaranmış müxtəlif növ fövqalədə hallara cavab olaraq zəng olunur.

Bu adətən müştərinin binasının, yaxud da obyektinin bayır tərəfini və daxilini yoxlamadan ibarət olur.

Əməkdaş qəzalara nəzarət mərkəzilə daimi əlaqədə olur və əgər lazım gələrsə polis və yaxud yanğından mühafizə idarəsini də vəziyyətlə əlaqədar məlumatlandıra bilir. Əgər tələb olunarsa,təhlükəsizlik əməkdaşı su sızması zamanı çağırışla gələn santexnik kimi işçilərlə əlaqə saxlayır. Bundan başqa tibbi xarakterli xidmətlər də ola bilər. Əgər bir şəxs iş yerində zədələnibsə, onda təhlükəsizlik əməkdaşı tibbi və yaxud təcili yardım gələnə qədər zərər çəkmişə ilk tibbi yardım və yaxud nəqliyyat ilə kömək göstərə bilər.

SƏYYAR NƏZARƏT
XİDMƏTLƏRİ

Təhlükəsizlik əməkdaşı növbə ərzində bir neçə müştəriyə xidmət göstərir. Bizim səyyar xidmətlərimiz kiçik və orta həcmli müəssisələr üçün səmərəli seçimdir. Belə ki, bir mühafizə əməkdaşı məhdud bir coğrafi ərazidə bir neçə müştəriyə xidmət edir, quraşdırılmış düymələrə xüsusi cihazla toxundurma nəzarətini, çağırış xidmətlərini həyata keçirir və xidməti yerlərin qapılarını açır və bağlayır. Quraşdırılmış düymələrə xüsusi cihazla toxundurma nəzarəti daxildə, yaxud bayir tərəfdə və yaxud da hər ikisində ola bilər. Bu əməliyyata maşın və avadanlıqların, buraxılış-nəzarət və s. yoxlanması və gecə vaxtı enerji istehlak edən avadanlığının qapanması kimi təhlükələrin qarşısının alınması ilə yanaşı bir neçə işlər daxildir.

YÜKLƏRİ MÜŞAİYƏT ETMƏ
XİDMƏTLƏRİ

Yüklərin müşaiyəti SİR QRUP m.x. tərəfindən təklif olunan elə vacib bir xidmətdir ki, onun müştəri bazasına artan tələbata cavab olaraq təqdim edilmişdir

Yüklərin müşayiət olunması xidmətləri aşağıdakılardan ibarətdir:

Hücum cəhdi, yaxud basqın zamanı yüklərin təhlükəsiz və etibarlı daşınması və qorunması;

Sürücü və malı müşayiət edən müştəri nümayəndələrinin qorunması;

Mühafizə əməkdaşlarının şirkətin dispetçer mərkəzi və əməliyyat nəzarət mərkəzimizlə daimi əlaqə saxlaması üçün etibarlı və xüsusi rabitə vasitələri.

TƏHLÜKƏSİZLİYİN TƏMİNATI
ÜZRƏ XİDMƏT QEYDİYATÇISI

Mühafizəçi bir sıra xidmətlər, o cümlədən keçid nəzarət/qeydiyyat və müştəri xidmətlərini yerinə yetirir.

Əksəriyyət şirkətlərin müəyyən formada qeydiyyat məkanı vardır ki, oradan gün ərzində həm işçilər, həm də qonaqlar keçirlər.

Təhlükəsizlik və məxfiliyin yüksək standartlarını qorumaqla bərabər, biz xidmət niyyətli və səmimi qonaqları qarşılayan qeydiyyatçısı/qapıçısı olan birgə xidmət təklif edirik. Bir çox hallarda bu xidmət, məsələn, gecə ərzində kommutatoru idarə edən işçinin xidmətilə birləşə bilər.

TƏHLÜKƏSİZLİK
KONSULTASİYASI

Biz ümumi və əsas təhlükəsizlik konsultasiya xidmətləri təklif edirik. Bu, riskin qiymətləndirilməsi və inventarlaşdırma aparmaq üçün təhlükəsizlik xidmətlərini satın almazdan öncə tez-tez lazım olur. Bunlar da xidmətlərdir ki, biz təqdim edə bilərik. Təhlükəsizlik konsultasiyası elə bir xidmətdir ki, o, özündə xətaların təhlilini və təhlükəsizliyin planlaşdırılmasını birləşdirir.